“Mənə etimad göstərmirdi”- “Qarabağ”dan ayrılan əcnəbi Qurbanovdan gileyləndi

“Mənə etimad göstərmirdi”

“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibə verib.

Gununsesi.org “Trud” nəşrinə istinadən xəbər verir ki, hazırda “Levski”də çıxış edən futbolçu “Qarabağ”da heyətə düşə bilməməsindən danışıb:

“Qarabağ”dakı birinci mövsümümdə hər şey yaxşı idi. Mən daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Baş məşqçi mənə etimad göstərməməyə başladı. Yüz faiz məşq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim.

Amma indi “Levski”nin heyətində toparlanacağam. Yaxşı vəziyyətdə olmaq üçün bacardığım hər şeyi edəyəcəm. Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir: onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Legionerlər arxa planda qalırdı. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər”.

Qeyd edək ki, 2018-2019-cu illərdə Ağdam klubunda çıxış edən Slavçev dekabrda  ayrılaraq “Levski”yə keçib.

Gununsesi.org

COMMENTS