Müğənni vəsiqəsinin fotosunu paylaşıb
Gununsesi.org xəbər verir ki, məkdar artist Elza Seyidcahan da deputat olmaq istəyir. İfaçı 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Müğənni 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd kimi qeydə alınıb. Bu bardə məlumatı o 2İnstagram” səhifəsində paylaşıb.
Xatırladaq ki, sabah, yanvarın 10-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.
Prezident İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub.
COMMENTS