Bakıda zəncirvari qəza baş verib.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobillərdən biri idarəetməni itirib. Nəticədə 7 maşın bir-biri ilə toqquşub. Avtomobillərdən 3-nün qabaq hissəsi çox əzilib, digər maşınlara da ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS