Sabah cüdo üzrə Azərbaycan çempionatı start götürəcək

Sabah cüdo üzrə Azərbaycan çempionatı start götürəcək

Dekabrın 24-də Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürəcək.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda, ümumilikdə, 43 komandanın 357-si kişi, 74-ü qadın olmaqla 431 idmançısı mübarizə aparacaq.

Dekabrın 26-da ilk dəfə milli çempionatda komanda yarışları təşkil olunacaq. Kişilər 66 kq, 73 kq, 81 kq, 90 kq və 90 kq-dan, qadınlar isə 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq-dan yuxarı çəkidə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, açılış mərasimi sabah saat 18:00-da başlayacaq.

Gununsesi.org

COMMENTS