Hollivud ulduzu 11 saat dənizdə əlacsız vəziyyətdə qalan şəxsi xilas etdi

Hollivud ulduzu 11 saat dənizdə əlacsız vəziyyətdə qalan şəxsi xilas etdi

Dünya şöhrətli Hollivud aktyoru Leonardo Di Kaprio dənizdə batan insanı xilas edərək, onu ölümdən qaytarıb.

Gununsesi.org xəbər verir ki, hadisə Karib dənizində baş verib.

24 yaşlı şəxs 11 saat dənizin üzərində qalıb. Gücsüz və əlacsız vəziyyətdə qalan oğlanın yardımına dəbdəbəli yaxtasında dincələn Leonardo gəlib. Hollivud ulduzu oğlanı şəxsən özü xilas edib.

Möcüzəvi xilasetmə böyük fırtına başlamazdan öncə baş verib. Çətinliklə sağ qalan və sözün həqiqi mənasında, bəxti üzünə gülən gənc dərin dəniz sularından xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.org

COMMENTS