9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinə növbədənkənar seçkilərdə iştiraka qərar verən türk birliyi uğrunda yorulmaz mübariz, tanınmış ziyalı, hüquqşünas İbrahimxəlil Balayevin namizədliyi qeydə alınıb.
Gununsesi.org xəbər verir ki, “harada bir türk varsa, o türkün olduğu yer mənim ünvanımdır” deyən İbrahimxəlil Balayev Şəki 114 saylı birinci seçki dairəsindən Azərbaycan Milli Məclisi deputatlığına namizədliyini irəli sürüb.
Qeyd edək ki, 1968-ci ildə Şəkinin Aşağı Göynük kəndində dünyaya gəkən İbrahimxəlil Balayev bütün MDB ölkələrində və türk dünyasında sayılan, seçilən, tanınan ziyalılarıımızdandır. Almaniyada hüquq üzrə doktorluq təhsili alan Balayev Azərbaycan diasporunun da fəal üzvlərindəndir.
COMMENTS