“Bələdiyyə seçkiləri ilə bağlı artıq Mərkəzi Seçki Komissiyasına daxil olmuş və baxılmamış müraciət qalmayıb”.
Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
“Müraciət edən insanın kimliyindən asılı olmayaraq fiziki imkanları çatmaz ki, bütün lazımı addımları atsın və sabah saat 18:00-a kimi DSK-lara çatdırsın. Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli bu cür addımlar ata bilər və seçkiyə kölgə sala bilər”- deyə, bunu MSK sədri əlavə edib.
M. Pənahov deyib ki, müraciət qalmayıbsa, artıq MSK növbəti iclasda bələdiyyə seçkilərinə yekun vurulması məsələsinə baxa bilər.
COMMENTS