Məhkumlar məzuniyyətə buraxılırlar -MİRSALEH SEYİDOV TARİX YAZIR

  • By ilhame
  • 24 Oktyabr 2023 23:12
Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.
Məlumatı Penitensiar xidmətdən də təsdiqləyiblər.
Qeyd edək ki, Mirsaleh Seyidovun Penitensiar Xidmətin rəisi təyinatından sonra bu sahədə ciddi islahatlar aparılır.
Belə ki, cəzaçəkmə müəssisələrində rüşvətin qadağan olunmasından tutmuş , təmir işlərinə qədər bir sıra pozitiv addımlar atılıb.
Gununsesi.info