Qəzzada həkimlər ölmüş ananın bətnində olan uşağı xilas ediblər

Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunis qəsəbəsindəki Nasser xəstəxanasının həkimləri İsrailin bombardmanları nəticəsində ölən ananın bətnindəki uşağı xilas ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə xəstəxananın həkimlərindən olan Əsəd Əl-Nəvaciha “Anadolu” agentliyinə deyib. “İsrailin Qəzza zolağının bombalanması nəticəsində davamlı hala gələn faciəvi humanitar hekayə ilə qarşılaşırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Nasser xəstəxanasına Raneem Hijazi adlı hamilə qadın ölüb: “Tibb işçiləri dölü ananın qarın boşluğundan çıxarıblar. Həkimlər dərhal hərəkətə keçərək onu həyata qaytarıblar. O, hazırda inkubatora yerləşdirilib. Uşağın səhhəti stabildir”.

Nevaciha bildirib ki, uşağın anası İsrailin bombardmanlarından qorunmaq üçün Qəzza zolağının cənubundakı Xan Yunisə gedib. Lakin o, İsrailin atəşi nəticəsində həlak olub.

İsrail Qəzza zolağının şimalındakı sakinləri “təhlükəsiz zona” yaratdığını bildirərək onları cənuba köçməyə çağırıb. Bununla belə, İsrail Hərbi Hava Qüvvələri cənubda yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.

Gununsesi.info