
Sosial şəbəkələrdə AXCP fəalı Mehman Həbibovun mülki geyimli polislər tərəfindən döyülməsi barədə məlumat və bədənindəki xəsarət izlərini əks etdirən fotolar yayılıb. İddia olunur ki, müxalif fəal polis tərəfindən zorakılığa məruz qalıb.
DİN-nin Mətbuat Xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Mehman Həbibov şəxsi münaqişə zəminində bu olayla üzləşib.
“Onun özü şifahi şəkildə polisə müraciət edib. Ancaq sonradan polis orqanına gəlməkdən imtina edib. Onun polisə gətirilməsi və hansısa qeyri-insani rəftarla üzləşməsi barədə iddialar yersizdir”, – deyə bildirilib.
Elmar
Gununsesi.info