Dünyanı çalxalayan İDDİA: Putin infarkt keçirib? – Kremldən ilk AÇIQLAMA

Rusiyada “Telegram”da yayımlanan “General SVR” adlı müxalifət kanalı Rusiya prezidenti Vladimir Putinin infarkt keçirdiyini və həkimlərin müdaxiləsi ilə həyata döndüyünü iddia edib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın müxalifət kanalı olan “General SVR” Putinin bazar günü axşam rəsmi iqamətgahında infarkt keçirdiyini iddia edən məlumat yayıb. Xəbərdə Putinin həkimlərin müdaxiləsi ilə ürəyi yenidən işə salınaraq həyata qaytarıldığı, daha sonra reanimasiyaya aparıldığı iddia edilib.

“Moskva vaxtı ilə saat 21.05 radələrində Rusiya prezidenti Vladimir Putinin mühafizəçiləri hadisə yerində növbə çəkiblər. Prezidentin yataq otağından səs-küy və düşmə səslərini eşidən iki mühafizəçi dərhal prezidentin yataq otağına daxil olub və Putinin çarpayının yanında yerdə uzandığını görüblər. Üzərində yeməklər və içkilər olan aşırılımış bir masa görüblər. Ehtimallara görə, prezident yıxılan zaman stolu və boşqabları aşırıb və səs-küyə səbəb olub. Dərhal yanaşı otaqlardan birindən həkimlər çağırılıb”, – xəbərdə deyilir.

Xəbərdə Putinin iqamətgahında xüsusi təchiz olunmuş otağa köçürüldüyü, vəziyyətinin normallaşdığı və “daimi həkim nəzarətində” olduğu iddia edilib.

Xəbərdə onkoloji xəstə olduğu, səhhətinin pisləşdiyi və payızın sonuna qədər sağ qalmaq şansının aşağı olduğu iddia edilən Putinin infarkt keçirməsinin yaxın ətrafını ciddi şəkildə təşvişə saldığı da iddia edilib.

“Son vaxtlar prezidentin dublyoru bütün rəsmi görüşlərdə, tədbirlərdə iştirak edir. Axşam baş verən insidentlə bağlı xəbərdən sonra Putinə yaxın olan bir neçə şəxs bir-biri ilə əlaqə saxlayıb və bazar ertəsi prezidentin yaxın günlərdə öləcəyi təqdirdə atılacaq mümkün addımlar barədə məsləhətləşmələr aparmağa razılaşıblar”, – məlumatda deyilir.

Xəbərdən sonra verdiyi açıqlamada Kremlin sözçüsü Dmitri Peskov Putinin səhhətinin pis olması ilə bağlı iddiaları təkzib edib. Peskov Putinin yaxşı və sağlam olduğunu bildirsə də, dublyordan istifadə etməsi iddiasını “absurd” adlandırıb.

Gununsesi.info