Bakı metrosunda oğurluq və soyğunçuluq edən şəxs saxlanıldı

Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

HTML tutorial

İki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.