Ağ Evdən Çinə ittiham: “Çin virus barəsində vaxtında məlumat verməyib, bu, dəhşətdir” –Dünya siyasi gərginliyə doğru sürüklənir

Ağ Evdən Çinə ittiham: “Çin virus barəsində vaxtında məlumat verməyib, bu, dəhşətdir” –

“ABŞ Çinin yeni növ koronavirus haqqında vaxtında məlumat verməməsindən təəssüflənir”.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

O, Çinin Uhan şəhərində başlayan epidemiyanın tez bir zamanda müəyyən edilməməsindən təəssüfləndiyini vurğulayıb: “Çin hökuməti məlumatları vaxtında verməyib. Bu, dəhşətdir”.

 Koronavirusun dünyaya vurduğu ziyana görə kimin məsuliyyət daşıdığı sualına cavab verməyən dövlət katibi bu mövzuda qlobal müzakirəyə ehtiyac olduğunu deyib: “Bunun necə başladığını və haradan başladığını anlamaq vacibdir. İndiki məqamda qlobal iqtisadiyyatın bərpasına diqqət yetirilməlidir. İttihamların zamanı sonra gələcək”.

 

 

Gununsesi.org 

COMMENTS