London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi

London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi

London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın məhkəmə işini yekunlaşdırıb.

Gununsesi.org “BBC”yə istinadən xəbər verir ki, hər 3 hakim Hacıyevanın apellyasiya şikayətini təmin etməyib.

Zamirə Hacıyeva iki dəfə apellyasiya şikayəti versə də, onun əleyhinə qərar çıxarılıb və son instansiyada – Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyində görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

 

 

 

Gununsesi.org

COMMENTS