Yəhudi fəal Trampı yəhudilərin qətlində günahlandırdı

Yəhudi fəal Trampı yəhudilərin qətlində günahlandırdı

“Atanız prezident seçildikdən bəri  ildən-ilə daha çox yəhudi öldürülür…”

“Tramp yəhudilərin qətlində günahkardır”.
 
Gununsesi.org İsrail mediasına istinadla xəbər verir ki, yəhudi bir etirazçı ABŞ prezidentini antisemitizmi təşviq etməkdə günahlandıraraq Ayova ştatının De-Moyn şəhərində Donald Tramp tərəfdarlarının təşviqat yığıncağını pozmağa çalışıb.
“Mən amerikalı bir yəhudiyəm və atanız prezident seçildikdən bəri  ildən-ilə daha çox yəhudi öldürülür” – radikal solçu yəhudi-amerika «İfNotNow” qrupunun təşkilatçısı Elon Glikman tədbir zamanı Trampın böyük oğluna söyləyib.
Mühafizəçilər onu qapıdan çıxartmağa başlayanda Glikman auditoriyaya xitabən qışqırıb: “Burda siz hamınız  yəhudiləri öldürürsünüz, hamınız!..”
“Düşünmürəm ki, İsrail və Amerika yəhudiləri üçün Donald Trampdan daha çox iş görən olsun”- deyə yəhudi fəalı bayıra çıxardıqdan sonra kiçik Tramp  söyləyib.
Daha sonra  E.Glikman «Tvitter”dƏ yazıb: “Məni  yığıncaqdan qova bilərlər, amma mən yəhudi xalqı üçün mübarizəni əsla dayandırmayacağam.  Donald Tram Amerika yəhudilərini öldürən antisemitizm nəzəriyyələrini yayır. Yəhudilər ağ millətçilərlə mübarizəyə qalxır…”
Gununsesi.org

COMMENTS