18 saylı Nərimanov- Nizami seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil Ceyhun Yusifov, bu gün Nərimanov rayonunda seçiciləri ilə ilk görüşünü keçirdib.
Bu barədə Gununsesi.org-a Ceyhun Yusifovun seçki qərargahından bildirilib.
Məlumatda qeyd olunur ki, deputatlığa namizəd ilə görüşə onlarla vətəndaş qatılıb. Onlar Ceyhun Yusifovun seçkilərlə bağlı fikirlərini eşidib, həmçinin rayonun bəzi problemlərini deputatlığa namizədin diqqətinə çatdırıb. Görüşdə Ceyhun Yusifov qaldırılan hər bir məsələnin millət vəkili olacağı təqdirdə həllini tapacağına dair fikr səsləndirib.
Sakinlər razılıqla bildiriblər ki, vəkil ofisinin seçki dairəsinin ərazisində olduğundan onu illər boyu tanıyırlar və hər zaman tərəddüd etmədən üz tutduqları, təmənna güdmədən hüquqi yardım ala bildikləri tanınmış hüquqşünas kimi hörmətini saxlayırlar. Ona görə də belə bir etimada malik şəxsin ölkənin qanunverici hakimiyyətində onların təmsilçisi olmasından məmnun qalacaqlarına şübhə etmədiklərini dilə gətiriblər.
Gununsesi.org
COMMENTS