Bəxtiyar Hacıyevin cırılmış plakatları ilə bağlı BŞPİ-dən açıqlama

Bəxtiyar Hacıyevin cırılmış plakatları ilə bağlı BŞPİ-dən açıqlama

“Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Gununsesi.org xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib:

“Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərinə düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır”.

 

 

Gununsesi.org 

COMMENTS