İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı- FOTO

İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Gununsesi.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Pegasus” aviaşirkətinə məxsus layner Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və müxtəlif hissələrə parçalanıb.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

 

Gununsesi.org

COMMENTS