Livandan İsrailə tank əleyhinə raket atıldı

  • By ilhame
  • 17 Oktyabr 2023 22:35

Livandan İsrailə tank əleyhinə raket atılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, raket İsrailin şimalındakı Metula qəsəbəsinə düşüb.

Nəticədə 3 nəfər yaralanıb.

Hadisədən bir müddət sonra Livanın “Hizbullah” silahlı qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürən bəyanat yayıb.

Gununsesi.info