
“Şikayətimlə əlaqədar AR DİN BDYP-nin qeydiyyat imtahan idarəsində oldum. Şikayətin məzmunu belə idi ki, vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış vəkil Elçin Sadıqov bildirib.
“Məni Afiyəddin Leysanovun xüsusi tapşırıqlar üzrə müavini qəbul etdi. Bildirdi ki, Afiyəddin müəllim deyir ki, bu sahədə vətəndaşlara hüquqi yardım göstərməsin, əks halda onun üçün (məni nəzərdə tutur) yaxşı olmayacaq”, – E.Sadıqov bildirib.
Gununsesi.info