Blinkendən xəstəxananın bombalanması ilə bağlı AÇIQLAMA

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada Əl-Əhli Baptist xəstəxanasına edilən hücumla bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Blinken “bütün israilli və fələstinli mülki şəxslər qorunmalıdır” deyib. Blinken bu barədə sosial media hesabında mesaj paylaşıb.

Qəzzada Əl-Əhli Baptist xəstəxanasında baş verən “partlayışdan” dərin kədərləndiyini bildirən Blinken ABŞ-ın mülki həyatının qorunmasını müdafiə etdiyini qeyd edib.

Blinken mesajında ​​”Bütün israil və fələstinli mülki şəxslər qorunmalıdır” deyib.

Qeyd edək ki, İsrailin Qəzzada Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyi bildirilib.

Gununsesi.info