
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Respublikasının Prezidenti Əbdülməcid Təbbun ilə görüşüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qonaq Təbbun üçün öncə Dolmabağça İş Ofisində qarşılanma olub.
Sonra iki lider baş-başa görüş keçiriblər.
İstanbula gələn Əlcəzair Prezidenti ikitərəfli münasibətlərin inkişafı, işbirliyi üçün atılacaq addımlar, regional və qlobal məsələlər haqqında müzakirələr aparıb.
İki liderin təlbətək görüşdən sonra heyətlərarası toplantı keçirməsi gözlənilir.
Görüşün ardından Ərdoğan qonaqların şərəfinə şam yeməyi verəcək.