Kremlin: Ərdoğan-Putin görüşü yaxında gerçəkləşəcək

  • By arzu
  • 25 Avqust 2023 16:51

RusiyaPrezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşlə bağlı rəsmi Kremlindən açıqlama verilib.

Gününsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kremlinin mətbuat sözcüsü Dmitri Peskov Vladimir Putin və Ərdoğan arasındakı görüşün yaxında keçiriləcəyini açıqlayıb.

Peskov görüş üçün hazırlıqların başladığını bildirib.

“Görüşün yaxında gerçəkləşdirilməsi ilə bağlı bir uzlaşma var. Bütövlükdı, bu tərz səfərlərin xəbərdarlıqlarını şərik olduğumuz ölkələrlə eyni zamanda  olaraq edirik. Görüşün tam olaraq nə vaxt və harada olacağına dair bilgiləndirməni zamanı gəldikdə, sizinlə bölüşəcəyik. Görüş hazırlıqları edilir. Sıx şəkildə bu hazırlıqlar davam etdirilir.

İki liderin görüşündə Taxıl Anlaşmasının gündəmə gətiriləcəyi düşünülür.

 

Tərcümə: Arzu 

Gününsesi.info