Apple 2020-ci ildə ilk smartfonunu –iPhone SE modelini təqdim edib.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, aparat iPhone 8-in dizaynına malikdir: 4,7 dyümlük Retina ekran, Touch İD sensor düymə və ekranın horizontal çərçivəsi.
Smartfonun 12 meqapiskel kamerası var. Telefonun yaddaş gücü 64 Gbaytdır. Ağ, qara, qırmızı rəngləri istehsal olunub. Cihaz iOS 13-lə təchiz edilib və çıxarılmayan batareyaya malikdir.
Smartfon aprelin 24-dən satışa təqdim olunacaq.
Gununsesi.org
COMMENTS