Türkiyənin Akdeniz Universiteti Xəstəxanasında konveksiya plazma müalicəsi tətbiq edilən 78 yaşlı koronavirus xəstəsinin test nəticəsi neqativə çevrilib.
Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni növ koronavirusa qalib gələn 27 yaşlı Çağlar Çolakdan alınan plazma aprelin 10-da reanimasiyaya yerləşdirilən xəstəyə köçürülüb. Nəticədə bir çox xroniki xəstəliyi olan 78 yaşlı pasiyentin Covid-19 testi neqativə dəyişib.
Hazırda onun vəziyyətinin normal olduğu və müalicəsinin davam etdirildiyi bildirilib.
COMMENTS