Avropa İttifaqında hər 100 nəfərdən 5-i evdən işləyir

Avropa İttifaqında hər 100 nəfərdən 5-i evdən işləyir

Avropa İttifaqında (Aİ) məşğul insanların 5,2%-i evdən işləyir.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (“Eurostat”) hesabatında bildirilir.

Məlumata görə, bu göstəricinin ən yüksək həddi Niderlandadır – 14%. Növbəti pillələrdə Finlandiya (13,3%), Lüksemburq (11%) və Avstriya (10%) qərarlaşıb. Ən aşağı göstəricilər isə Bolqarıstan (0,3%), Rumuniya (0,4%), Cənubi Kipr (1,2%) və Xorvatiyada (1,4%) qeydə alınıb.

Ayrıca evdən işləyən qadınların payı 5,5%, kişilərin payı isə 5% təşkil edib.

 

 

Gununsesi.org

COMMENTS