
Mayın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan verilən məlumatda deyilir.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı
tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da
müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi
diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə
doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən
vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,
kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad
olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər
araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.