
Artıq bir sıra siyasətçilər payızda keçirilcək növbədənkənar parlament seçkiləri ilə bağlı iddialarını ortaya qoyub. Seçkilərlə bağlı aparılan müzakirələrdə hökumətin yaşlı , xüsusilə uzunömürlü deputatlara bu dəfə meydan verməyəcəyi deyilir.
6 dəfə Milli Məclisin deputatı seçilən 77 yaşlı AVP sədri Fəzail Ağamalı qarşıdakı seçkiyə qatılacağını deyib: “Mən mütləq bu seçkilərdə iştirak edəcəyəm”.
Gununsesi.info-ya açıqlamasında Fəzail Ağamalı deyib ki, partiyadakı yerini gənclərə verə bilər: ” Nə vaxtsa gənc nəsildən iddialı olan olsa məmnuniyyətlə öz estafetimi verməyə hazıram”.
Şəbnəm
Gununsesi.info