Türkiyə XİN-dən Müstəqillik Günü ilə bağlı paylaşım

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi “X” hesabında paylaşım edilib.

“Can Azərbaycan, Müstəqillik Gününüz mübarək! Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük”, – paylaşımda qeyd olunur.

 

Gununsesi.info