Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı

Karantində işləyən bərbər müştərisiylə birgə cəzalandırıldı

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib. 

Gununsesi.org DİN-ə istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci  maddəsi ilə tədbir görülərək inzibati qaydada  cəzalandırılıblar.

Gununsesi.org

COMMENTS