İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artdı

İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artdı

İspaniya Səhiyyə Nazirliyi,  son sutka ərzində  koronavirus pandemiyasına yoluxanların və həyatını  itirənlərin sayını yeniləyib.

Gununsesi.org İspaniya KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində son 24 saat ərzində COVID-19 səbəbiylə ölənlərin sayı 325 artaraq 24 min 147-yə,  yoluxanların sayı isə 2 min 144 nəfərdə aşkarlanaraq, ümumi yoluxma halı 212 min 917-yə yüksəlib

Qeyd edək ki, ölkədə epidemiyanın ən çox yayıldığı Madriddə ölənlərin sayı 8 min 105, yoluxanların sayı isə 60 min 765-ə çatıb.

Bildirək ki, İspaniyada COVID-19-a qarşı görülən tədbirlərə əsasən mayın 9-dək davam edəcək fövqəladə vəziyyət rejiminin mayın 24-dək uzadılması gözlənilir.

Gununsesi.org

COMMENTS