Əfqanıstanda torpaq sürüşməsi – 8 ölü

Əfqanıstanda torpaq sürüşməsi – 8 ölü

Əfqanıstanda torpaq sürüşməsi olub.
Gununsesi.org xəbər verir ki, hadisə Qor əyalətində, Tulak rayonunda, Xoca Simin kəndində qeydə alınıb. Vilayət qubernatoru idarəsinin mətbuat katibi Arif Abır bildirib ki, təbii hadisə zamanı 8 nəfər həlak olub. Ölənlər arasında uşaq da var.
Hadisə nəticəsində üç ev tamamilə dağılıb.
Qeyd edilir ki, torpaq sürüşməsi bir neçə gündür davam edən leysan yağışlar səbəbindən baş verib.

Gununsesi.org

COMMENTS