“Azadlıq” qəzetinin jurnalist əməkdaşı Təzəxan Mirələmlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Gununsesi.org Demokrat.az-a istinadla xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fərid Yaqubovun icraatına verilib.
İstintaq orqanı tərəfindən Təzəxan Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci ((xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Təzəxan Mirələmli haqqında Ata Abdullayev şikayətçi olub.
Ata Abdullayev şikayətində qeyd edib ki, jurnalist bu ilin fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şuranın ziyarəti zamanı onu vurub.
Cinayət işi üzrə Ata Abdullayev zərərçəkmiş qismində tanınıb.
COMMENTS