İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”

İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”

İran Prezidenti Həsən Ruhani ABŞ-ı Fars körfəzindəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Gununsesi.org “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə H.Ruhani brifinqdə çıxışı zamanı danışıb.

“Amerikalılar bilməlidir ki, bura Fars körfəzidir, Nyu-York və ya Vaşinqton deyil. Onlar anlamalıdırlar ki, xalqımız min illər ərzində bu körfəzi müdafiə edib. İran xalqına qarşı onlar bədnam planlar qurmaqdan əl çəkməlidirlər”, – deyə H.Ruhani söyləyib.

Qeyd edək ki, rəsmi Pentaqon İrana məxsus 11 gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərinə yaxınlaşmasını təxribat kimi qiymətləndirib.

Gununsesi.org

COMMENTS