Avropa Məhkəməsi Elşad Abdullayevin şikayəti üzrə QƏRAR VERƏCƏK

Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iddiası üzrə qərar elan edəcək.

Gununsesi.info xəbər verir ki, Avropa məhkəməsinin qərarı oktyabrın 12-də elan ediləcək.

Qeyd edək ki, Elşad Abdullayev 2003-cü ilin oktyabrında yoxa çıxmış qardaşı Mahir Abdullayevlə bağlıdır. Mahir Abdullayev 2003-cü ilin oktyabrında evdən çıxıb, bir daha geri dönməyib. Prokurorluqda bununla bağlı cinayət işi açılıb.

Elşad Abdullayev həmin məsələ ilə bağlı yerli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət edib.

Elşad Abdullayev Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunun tanınmasını tələb edib.

 

Gununsesi.info