
Azyaşlı uşaqlara silah təlimi verməklə Qarabağda sabitliyin qarşısını almağı hədəfləyən bir struktur görürük. Ermənistan asimmetrik mübarizəyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, İYİ Partiyanın sədri Meral Akşener bunu partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.
“Biz bilirik ki, Ermənistan hökumətləri uzun müddətdir ki, PKK-ya dəstək verir. Sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidlərindən qorumalıyıq. Qarabağ Türkdür, Qarabağ Azərbaycanındır”, – deyə o bildirib.
Akşener terrorla mübarizə ilə bağlı həyata keçirilən əməliyyatları dəstəklədiklərini bildirib:
“Asala ilə cəhd etdilər və uğursuz oldular, Hizbullah ilə cəhd etdilər, amma uğursuz oldular, FETÖ ilə cəhd etdilər və uğursuz oldular. Türkiyə bütün terror təşkilatlarının hədəfindədir. PKK-nın qolları olan YPG/PYD terror təşkilatıdır. Biz bu fokuslara qarşı aparılan bütün hərbi əməliyyatları dəstəkləyirik. Biz bu dəstəyi İraq və Suriya mandatları çərçivəsində davam etdirəcəyik. İYİ Partiya olaraq bildiririk ki, terrorla mübarizə siyasət mövzusu deyil”.
Gununsesi.info