İran Prezidenti Səudiyyəyə gedəcək – - Son 7 ildə ilk

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın birinci vitse-prezidenti Məhəmməd Mohber açıqlayıb.

HTML tutorial

Onun sözlərinə görə, Rəisi Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əzizin bununla bağlı təklifini qəbul edib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.

2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.

 

Gununsesi.info