
Türkiyənin Şanlıurfa şəhərində dəhşətli cinayət yaşanıb.
Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, “HülyaB.” ad, soyadlı qadın küçənin ortasında 42 yaşlı qaynını silahla vuraraq öldürüb. Qatil daha sonra qohumunun başının üstündə polisi gözləyib.
Daha sonra olay yerinə polis işçiləri gəliblər. Qətli törədildiyi yer şəridlərlə mühasirəyə alınıb. Hadisə ilə bağlı istintaq başladılıb.
Qorxu dolu həmin anlar kameralara əks olunub.