İsveçdə yenə müqəddəs kitab olan Quran yandırıldı

  • By ilhame
  • 28 Aprel 2024 16:23

İsveçin paytaxtı Stokholmda Ceyd Sandberq adlı bir qadın Quran kitabını yandırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı X sosial şəbəkəsində məlumat yayıb.

 

Qadın Quranı İslam əleyhinə çıxış edərkən yanan kitabın üzərində iki taxtadan hazırlanmış xaç tutaraq yandırıb.

 

Hadisənin İsveç polisinin müşahidəsi altında keçirildiyi bildirilir.

 

Xatırladaq ki, ötən ilin iyun ayında da Stokholmun mərkəzində Quran yandırılıb.

Gununsesi.info