Bakıda restoranda yanğın olub, işçiləri zəhərlənib

  • By ilhame
  • 28 Aprel 2024 16:58

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.

 

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info