Muxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edib -Fotolar

  • By ilhame
  • 28 Aprel 2024 16:35

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə COP29 məlumat yayıb.

 

“COP29 Turində G7-nin İqlim, Enerji və Ətraf Mühit üzrə Nazirlər Toplantısında iştirak edir”, – məlumatda bildirilib.

 

COP29-un yaydığı şəkillərə əsasən, Muxtar Babayev tədbirdə çıxış edib, italiyalı həmkarı Cilberto Piketto-Fratinlə görüşüb.

Gununsesi.info