Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var

  • By ilhame
  • 25 Aprel 2024 21:33

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info