Qaradağ rayonunda piyadanı maşın vurub

  • By ilhame
  • 28 Aprel 2024 09:37

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Eminova Güldəstə Ruslan qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info