Niderland Ukraynaya 18 ədəd F-16 qırıcısı verəcək

Niderland Ukrayna üçün 18 ədəd F-16 qırıcı təyyarəsi hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, Niderlandın Baş naziri Mark Rütte bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra özünün sosial media hesabında yazıb.

“Niderland hökumətinin qərarı ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırdım. Kiyevə 18 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərimizin ən mühüm elementlərindən biridir”, – deyə Mark Rütte bildirib.

Niderlandın hökumət başçısı əlavə edib ki, tədarükdən öncə bir sıra şərtlər, o cümlədən kadr və infrastrukturla bağlı tələblər yerinə yetirilməlidir.

Gununsesi.info