
İsveçin Baş naziri Ulf Kristersson müsəlmanların müqəddəs kitabı olan “Quran”a yönəlik ölkəsindəki təxribatlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Ulf Kristersson müqəddəs kitaba qarşı edilən hücumların ölkəsinin ciddi təhlükəsizlik problemlərinə döndüyünü bildirib.
Kristersson Ədliyyə Naziri Qunnar Strömmerlə birlikdə son həftələrdə təhlükəsizlik boşluğu və xalqı qorumağa dair atılacaq addımlar haqqında mətbuat toplantısı keçirib.
“Bu durum NATO üzvlüyümüzü əngəlləmək üçün əleyhimizə edilənlərlə yanaşı, Rusiya-Ukrayna savaşı təhlükəsizliyimizi ciddi şəkildə təhdid edir. Bu ciddi təhlükəsizlik problemlərinin önlənməsi üçün hökumət işləyir. Bu yöndə iç sərhəd nəzarətini dövrəyə sala bilərik”, – deyə Baş naziri Kristersson söyləyib.
İsveçin pisləşən təhlükəsizlik durumuna diqqət çəkən Baş naziri Ulf Kristersson nazir Strömmer ilə birlikdə sərhəd nəzarətinə başlaya biləcəklərini dilə gətirib. Məqsədin daxili təhlükəsizliyə dair təhdidlərin önlənməsi olduğu bildirilib.
Tərcümə: Arzu