
İsrail və ABŞ ABŞ prezidenti Donald Trampın Qəzza planına qarşı mübarizəni gücləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Associated Press-in ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar və İsrail Qəzzadan fələstinlilərin köçürülməsi üçün torpaqlarından istifadəni müzakirə etmək üçün üç Şərqi Afrika ölkəsinin rəsmiləri ilə əlaqə saxlayıb.
ABŞ prezidenti Donald Tramp sülh razılaşmasından sonra bütün fələstinlilərin ən azı müvəqqəti olaraq Qəzzanı tərk etməli olduğunu deyib və bölgəni Yaxın Şərqin rivierası edəcəyini iddia edib.
Bununla belə, Tramp dünən heç bir fələstinlinin Qəzzadan çıxarılmayacağını bildirib.
Trampın planına cavab olaraq Misir Amerika Administrasiyasına təqdim olunacaq yeni plan hazırlayıb və Misirin planı Ərəb Liqası tərəfindən dəstəklənib.
Misirin planı Qəzzanın fələstinliləri köçürmədən yenilənməsini nəzərdə tutur.
Orxan