İran səfiri Almaniya XİN-ə çağrılacaq

İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

HTML tutorial

“Mən İran səfirini bir daha Xarici İşlər Nazirliyinə çağırdım. İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq”, – Burbok bildirib.

Qeyd edək ki, İranın müvafiq qurumları yanvarın 7-də iğtişaşlar zamanı BƏSİC milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərlə bağlı edam hökmünü icra edib.

Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.

Gununsesi.info