
İsrail ordusu Qəzzada dinc sakinlərdən 24 saat ərzində evlərini tərk etmələrini istəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada “Önümüzdəki günlərdə mühüm əməliyyatlar həyata keçiriləcək. Bölgə sakinləri növbəti xəbərdarlıq gələnə qədər Qəzzaya qayıda bilməyəcəklər” ifadəsi işlədilib.
İsrailin Qəzzada 1,1 milyon dinc sakindən bölgənin cənubuna köçmələrini xahiş etdikdən sonra Qəzza zolağında hökumətin media ofisi şəhərdəki vətəndaşları “işğalın psixoloji müharibə cəhdlərinə məhəl qoymamağa” çağırıb.
“İşğal vətəndaşlar arasında çaşqınlıq yaratmaq, cəbhəmizin birliyinə xələl gətirmək məqsədi daşıyan bəzi yalançı təbliğat xarakterli xəbərləri müxtəlif vasitələrlə dərc edib, ötürməyə çalışır”.
Gununsesi.info