
Suriya rəsmi mediası İsrail təyyarələrinin Hələb və Dəməşq hava limanlarını vurduğunu bildirib. Hazırda hər iki hava limanı uçuşlar üçün bağlıdır.
Gununsesi.info xəbər verir ki, yerli mətbuatda təyyarələrin xüsusi olaraq uçuş-enmə zolaqlarını hədəf aldığı bildirilib.
Dəməşq və Hələb hava limanlarının bombalanmasından sonra İran təyyarəsi Dəməşqə gedərkən marşrutunu dəyişərək paytaxt Tehrana qayıdıb.
Səid Əhmədli
Gununsesi.info