İsraildə 2 fələstinli öldürüldü

  • By arzu
  • 04 Aprel 2023 12:18

İsrailin təcavüzkar silahlı qüvvələri Ramazan ayında qətliamlarını davam etdirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, mühasirə altındakı Qərbi Şəriədəki fələstinli xalqa zülm edən İsrail qüvvələri Nablu şəhərində gerçəkləşdirdiyi basqınla 2 fələstinlini qətlə yetirib.

HTML tutorial

Fələstinin Səhiyyə Nazirliyinin açıqlamasında İsrail əsgərlərinin 2 fələstinlini qətlə yetirdiyi vurğulanır.

İsrail tərəfinin etdiyi basqın zamanı fələstinli dirənişçilər arasında toqquşma yaşanıb. İsrail hərbçiləri 2 fələstinlini qətlə yetirib. Bununla da, ilbaşından bəri öldürülən Fələstin vətəndaşlarının sayı 94-ə yüksəlib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info